Donald Tramp səlahiyyət müddəti ərzində dünyada davam edən münaqişələrə diqqət yetirəcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp Floridadakı Mar-a-Laqo malikanəsində “America First Policy" İnstitutunun qalasında çıxış edib.
Son günlərdə Rusiya-Ukrayna müharibəsində aralarında əsgər və mülki vətəndaş da daxil olmaqla minlərlə insanın öldüyü ilə bağlı xəbərlə rastlaşdığını qeyd edən Tramp bildirib:
"Rusiya və Ukrayna üzərində çox çalışacağıq. Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulmalıdır”.
Əli Hüseynov