EN

Suxumidə atəş səsləri eşidilir: Etirazçılarla danışıq başladı

Suxuminin mərkəzində, Abxaziya parlamentinin binası yaxınlığında keçirilən etiraz aksiyasında silah səslərinə bənzər səslər eşidilib.

Bu barədə “Respublica” nəşri, həmçinin TASS və “RİA Novosti” müxbirləri məlumat yayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Dmitri Dbar və Daxili İşlər Nazirliyinin rəhbəri Robert Kiut etirazçıların qarşısına çıxaraq onların tələblərini prezident Aslan Bjaniyaya çatdıracaqlarına söz veriblər.

Abxaziyada bir neçə gündür etirazlar davam edir, parlament binası yaxınlığında keçirilən aksiya deputatların investisiya fəaliyyəti ilə bağlı Rusiya-Abxaz sazişinə baxmaq və ratifikasiya etmək planları ilə bağlıdır. Deputatlar iclası təxirə salıb, növbəti iclasın vaxtı hələ açıqlanmayıb.

Parlament binasının yaxınlığındakı hasar yük maşını vasitəsilə sökülüb və təhlükəsizlik qüvvələri ilə toqquşma başlayıb.

Chosen
7
1
moderator.az

2Sources