“Diskriminasiya və rassizmdən uzaq olan Bakı COP Platforması xoş niyyətli hər bir dövlət üçün açıqdır”.
Bu fikri "Operativ Media"ya açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev.
Deputat bildirib ki, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə bəşəriyyəti məşğul edən aktual və təxirəsalınmaz çağırışlardandır. Vaxt itirmədən müvafiq real addımların atılması xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa İttifaqının aparıcı dövlətlərindən olan Fransa Respublikasının üzərinə çox ciddi məsuliyyət qoyur:
"Belə vacib məsələninin 196 dövlətin iştirakı ilə hərtərəfli müzakirə edildiyi Bakı platformasını siyasi məqsədlər üçün sui-istifadə etmək yol verilməzdir. Hansısa dövlətin COP29 qatılmaması ilk növbədə həmin dövlətin məhz Birləşmiş Millətlər Təşkilatına qeyr-ciddi münasibətini və öz beynəlxalq müqavilə öhdəliklərinə biganəliyini nümayiş etdirir. Bu qətiyyən qəbuledilməzdir.
Çox təəssüf ki, COP29-a hazırlıq mərhələsində ölkəmizə qarşı bəzi qüvvələrin başlatdığı siyasi hücum cəhdləri və qarayaxma kampaniyası COP29 dövründə də davam etdirilir. Dəyişən sadəcə həmin qarayaxma kampaniyasının taktikasındadır.
Azərbaycan dövləti iqlim dəyişikliyindən ən çox ziyan çəkən inkişaf etməkdə olan ölkələr və ada dövlətləri, həm də inkişaf etmiş ölkələrin konstruktiv dialoqu və nəticəyönümlü danışıqları üçün unikal platforma təşkil etmişdir. Bakı COP platformasında diskriminasiya və rassist yanaşmaya yer yoxdur və qoşulub töhfə vermək niyyətində olan hər bir dövlət üçün açıqdır".