EN

Pezeşkiandan nüvə silahı ilə bağlı qəti BƏYANAT

İran prezidenti Məsud Pezeşkian Ayətullah Əli Xameneinin fitvasına uyğun olaraq nüvə silahı istehsal etməyə çalışmadıqlarını və bu siyasətdən kənara çıxılmayacağını bildirib.

Publika.az xəbər verir ki, bu barədə İran Rəyasət Heyətindən yazılı açıqlama verilib.

Qeyd olunub ki, Pezeşkian Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossini qəbul edib.

Pezeşkian görüşdə ölkəsinin nüvə proqramının MAQATE ilə əməkdaşlıq çərçivəsində davam etdiyini və şübhələri aradan qaldırmağa hazır olduqlarını deyib:

“Dəfələrlə vurğuladığımız kimi, İran rəhbərin (Xameneinin) aydın fitvasına əsaslanaraq heç vaxt nüvə silahı yaratmağa cəhd göstərməyib və etməyəcək. Heç kəsin bu siyasətdən kənara çıxmasına icazə verilməyəcək”.

Chosen
18
publika.az

1Sources