EN

ANAMA-nın və BMT-nin İnkişaf Proqramının tərəfdaşlığı əməkdaşlığın ən gözəl nümunəsidir - Baş katibin köməkçisi

Biz bu gün burada daha təhlükəsiz və dayanıqlı mühitin formalaşması üçün mina təhlükəsi ilə mübarizə və ətraf mühitin mühafizəsinin bir-biri ilə sıx bağlı olması barədə müzakirələr aparmaq üçün bir araya gəlmişik. Dünyanın bir çox ölkəsində minalar və müharibənin partlamamış hərbi qalıqları təkcə insanların həyat və sağlamlığına deyil, həm də torpaq və təbii resurslara, o cümlədən bioloji müxtəlifliyə ciddi təhdidlər yaradırlar. Münaqişələr bitdikdən və minaların təmizlənməsindən sonra belə onların ətraf mühitə təsirləri illər və onlilliklər ərzində qalmaqda davam edir.

Olaylar xəbər verir ki, bunu BMT Baş Katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç COP29 çərçivəsində keçirilən ANAMA və BMT- nin İnkişaf Proqramının təşkil etdiyi "Cığırın tənzimlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu sahədə əməkdaşlığın ən gözəl nümunəsi ANAMA-nın və BMT-nin İnkişaf Proqramının tərəfdaşlığıdır: "Hər iki qurum Azərbaycanda mina təhlükəsi ilə mübarizə sahəsində çox səmərəli əməkdaşlıq edib və minalar və müharibənin partlamamış hərbi qalıqlarının yaratdığı təhlükələrin aradan qaldırılması istiqamətində uğurlu fəaliyyət göstəriblər."

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
2
olaylar.az

3Sources