EN

"Azərbaycan qlobal enerji sektorunda xüsusi və önəmli yer tutur"

Azərbaycan qlobal enerji sektorunda xüsusi və önəmli yer tutur.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.

"Qürurla demək istəyirəm ki, biz ənənəvi, yəni neft-qaz sektoruna əsaslanan iqtisadiyyatdan başqa iqtisadiyyata keçidlə bağlı addımlar atırıq"- deyə o qeyd edib.

M. Cabbarov vurğulayıb ki, Azərbaycan ötən 5 ildə daha çox davamlı inkişafa və enerji keçidinə fokuslanıb: "Artıq bizim ilkin nəticələrimiz var. Azərbaycan Cənubi Qafqazda ən böyük bərpa olunan enerji stansiyalarına malikdir. İki gün əvvəl dövlət başçıları səviyyəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Biz bu layihəni üç ölkənin enerji sistemlərini birləşdirən mühüm layihə hesab edirik. Layihə Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutur".

Chosen
3
10
publika.az

10Sources