EN

Qatarı yoldan çıxarmaq istəyən şəxsi POLİS SAXLADI

Polşada qatarı relsdən çıxarmaq istəyən şəxs polis tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli RMF24 radiostansiyası məlumat yayıb.

Məlumata görə, 22 yaşlı gəncin həbs olunmasına səbəb noyabrın 11-də ölkənin qərbində, Qlivitse yaxınlığında baş vermiş insidentlə bağlıdır. Bildirilir ki, səhər saatlarında Jeçitse şəhərinin girişində Raçibuj və Olştin arasında hərəkət edən qatar dəmiryoluna tullanılan metal konstruksiya ilə toqquşub.

Yerli polis bildirir ki, maşinist dərhal təcili əyləci basıb və qatar 600 metrdən sonra dayanıb. 33 sərnişin və 5 ekipaj üzvündən heç biri xəsarət almayıb.

Qatarın altından metal konstruksiyanı çıxarmaq isə 4 saat çəkib. Qeyd olunur ki, hadisənin günahkarı hesab edilən 22 yaşlı gənc həbs olunub. Onun şəxsiyyəti ilə bağlı başqa təfərrüatlar verilməyib. O, dəmir yolunda qəza şəraiti yaratmaqda ittiham olunur. Saxlanılan şəxs əməlini etiraf etsə də, hadisənin motivləri məlum deyil. Məhkəmə qətimkan tədbiri barədə qərar verib.

Nəsimi Ələsgərli

Chosen
13
yenicag.az

1Sources