EN

Kəmaləddin Heydərov qırğızıstanlı həmkarı ilə görüşdü

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Nazir Kəmaləddin Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyətinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Nazir iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin bu əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, əhalinin və ərazilərin fövqəladə hadisələrdən qorunması məqsədilə istər ikitərəfli əsasda, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən tədbirləri məmnunluqla xatırladaraq, bu istiqamətdə qarşıda duran məsələlərdən danışıb.

Chosen
13
9
publika.az

10Sources