EN

Kiçik ada dövlətləri iqlim ədalətsizliyi ilə üzləşib - Tonqanın Qanunvericilik Məclisinin sədri

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Tonqa KrallığınınQanunvericilik Məclisinin sədri Lord Fkafanua Fatafehi iləgörüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə bildiriblər ki, görüşdəiqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfitəsirlərinin olduğu qeyd edilib, bu istiqamətdə qlobal əməkdaşlığınvacibliyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıqməsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinəgöstərdiyi humanitar, texniki yardımlar barədə məlumat verilib.

Lord Fkafanua Fatafehi kiçik ada dövlətlərinin iqlimədalətsizliyi ilə üzləşdiklərini diqqətə çatdırıb. Deyib ki, iqlimdəyişikliyi onlar üçün təhlükəsizlik məsələsidir. O qeyd edib ki,Azərbaycan kimi yeni dostların bu dövlətlərə iqlim dəyişikliklərinəuyğunlaşmağa göstərdiyi yardım çox böyük əhəmiyyətə malikdir.Qonaq, həmçinin Azərbaycanın COP29 çərçivəsində kiçik adadövlətlərinin səsini prioritetləşdirdiyi və daha yüksək səviyyəyəqaldırdığı üçün minnətdarlığını bildirib. O, ümidvar olduğunusöyləyib ki, həm COP29, həm də Parlament Görüşü çərçivəsindəkeçirilən müzakirələr məhsuldar olacaq və iqlim dəyişikliyi iləbağlı məsələlərin həllinə mühüm töhfələr verəcək.

Ölkələrimiz arasında münasibətlərin də nəzərdən keçirildiyigörüşdə Tonqa Krallığının Baş nazirinin ölkəmizə səfəri, BakıBəyannaməsinin imzalanması məmnunluqla xatırlanıb.

Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq imkanlarıbarədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova qonaqlara regiondavəziyyət, Azərbaycanın reallıqları, ölkəmizin işğaldan azad olunmuşərazilərində görülən işlər haqqında da geniş məlumat verib.

Chosen
10
11
az.trend.az

10Sources