EN

Fransa - İsrail oyununda dava 40 nəfərin saxlanılması ilə nəticələnib - VİDEO

Millətlər Liqasının Fransa - İsrail oyunundan sonra 40-a yaxın azarkeş saxlanılıb.

İdman.biz xəbər verir ki, "Stad de Frans" stadionunda keçirilən qarşılaşma zamanı tribunalarda dava düşüb.

Dava Fransada yaşayan müsəlmanlarla yəhudilər arasında olub. Yayılan məlumatlarda israilli azarkeşlərin ilk hücum tərəf olduqları bildirilib. Polisin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. "L’Équipe" nəşrinin yazdığına qarışılıq salanlardan 20-i buraxılıb.

Oyun 0:0 hesabı ilə yekunlaşıb və İsrail qrupda ilk xalını qazanıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində Amsterdamda keçirilən “Ayaks” – “Makkabi” (5:0) matçından sonra insident yaşanıb.

İdman.biz

Chosen
35
1
idman.biz

2Sources