EN

Almaniya Bundestaqının işi iflic oldu

Almaniya Bundestaqı gələn həftə keçiriləcək iclaslarını ləğv edib. 

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, əvvəlcə büdcənin müzakirələri noyabrın 25-dən 29-na kimi nəzərdə tutulsa da, hakim koalisiyanın dağılmasından sonra parlament çoxluğu olmadığı üçün iclasların qrafikdən çıxarılması qərara alınıb. Qərar CDU/CSU bloku, SPD, Yaşıllar və FDP-dən olan deputatlar tərəfindən dəstəklənib.

Müxalifət partiyaları, o cümlədən Sol, Almaniya üçün Alternativ və Sara Vaqenknext Alyansı qərarı tənqid edib.

"Siz nəinki öz işinizdən qaçırsınız, həm də bizim işimizi görməyimizə mane olursunuz", deyə solçu deputat Kristian Qoerke bildirib.

Sarah Vaqenknext Alyansının nümayəndəsi Cessika Tatti baş verənləri "parlamentin iflici" adlandırıb.

Bundestaqın xüsusən də yanvar və fevral aylarında gələcək işi şübhə altındadır.

CSU sözçüsü Aleksander Dobrindt deyib: "Planlaşdırılan dörd parlament həftəsindən yəqin ki, bir tam həftə və daha iki iclas günü qalacaq".

Siyasi böhran təkcə büdcə qərarlarını deyil, həm də parlamentin ümumi işini təhdid edir. Müxalifət mövcud siyasi vəziyyətə baxmayaraq, hökumətin fəaliyyətini izləmək və qanun layihələrini təqdim etmək üçün görüşlərin davam etdirilməsinin zəruriliyində israr edir.

Aydın

Chosen
13
qaynarinfo.az

1Sources