Onlardan bəziləri hətta etiraz əlaməti olaraq oyunları boykot eləməyi də təklif edib. Zədələrin sayının artması da təqvimin sıxlığı ilə əlaqələndirilir. Amma UEFA prezidenti bunları deyib:
''Oyunların sayı azalsa, maaşları da azaltmaq məcburiyyətində qalacağıq. Bunun başqa yolu yoxdu. FİFA və UEFA-nı tənqid etmək hər zaman ən asan yoldu. Amma bunun yalnız bir çıxış yolu var. Daha az oyandıqda uyğun olaraq daha az pul qazanacaqsan. Məncə, futbolçular yox, aya 1000 avro qazanan fabrika işçiləri şikayət etməlidi. Təqvimin sıxlığı təkcə ən yüksək səviyyədəki futbolçulara çətinlik yaratmır. Məsələn, mənim ölkəm Sloveniyada da bəzi futbolçular mövsüm ərzində ''Real''ın üzvləri qədər oyun keçirir. Amma onlardan 500 dəfə az pul qazanırlar. Bir daha deyirəm ki, oyunların sayının azalması mütləq şəkildə maaşların və klubların gəlirlərinin də azalmasına səbəb olacaq. Hər halda bu məsələni Peşəkar Futbolçular birliyi ilə müzakirə etməli və onların konkret nə istədiklərini görməliyik''.
ƏLİ