Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində bpşirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidentiQordon Birrel ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumatyayıb.
Görüşdə bildirilib ki, Azərbaycan iqlim dəyişmələrinə qarşımübarizə çərçivəsində enerji keçidi üzrə beynəlxalq əməkdaşlığıngücləndirilməsində maraqlıdır. Bu baxımdan, bp şirkəti ilə enerjikeçidi, o cümlədən, günəş enerjisi layihəsi üzrə tərəfdaşlığınönəmi diqqətə çatdırılıb.
Qeyd olunub ki, şirkət Azərbaycanın müəllifi olduğu beynəlxalqenerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarınıninkişafında və investisiya layihələrinin həyata keçirilməsindəmühüm rol oynayır.
Tərəflər ölkəmizin fəal iştirakı ilə reallaşan yaşıl enerjilayihələri, enerji transformasiyası sahəsində birgə fəaliyyətinmöhkəmləndirilməsi imkanları və digər məsələlər barədə fikirmübadiləsi aparıblar.