EN

"Neftçi"li futbolçuların qapıdan qovduğu XOŞBƏXTLİK!

"Neftçi" "Şamaxı" ilə matça 2:0 öndə başladı.

Üçüncü dəqiqədə tabloda göstərilən nəticəyə başqa ad vermək olmaz.

"Ağ qaralar" üçün hər şey fırtına kimi başladı. Ardınca sağa-sola xərclənən qol fürsətlərini görəndə yekun nəticənin darmadağın olacağını təxmin etmək çətin deyildi.

Yəqin ki, Samir Abasovun yetirmələri də matça bu təfəkkürlə davam etdilər. Bu da nəticəsi.

Demba Darbo ilə Emin Mahmudov az qala qapının içində paslaşmaq qərarı verdilər.

100%-lik qol fürsətlərini havaya sovuran qambiyalının epizod sonrası gülüşü isə rahatlığın ən pik nöqtəsi idi.

Bəlkə də zənn edirdi ki, belə imkanlar final fitinə kimi hələ çox olacaq.

Qınamıram, rəqib komandanın baş məşqçisini yaxşı tanımır.

Bilsəydi ki, Ayxan Abbasovun komandaları hələm-hələm asan təslim olmur, belə aramlıq yaşamazdı.

Ümumiyyətlə, Abbasovun çalışdırdığı komanda ilə oyunlarda 2 top üstünlük qazanmaq böyük bəxtəvərlikdir.

"Neftçi"li futbolçular bunun dəyərini bilmədilər. Nəticədə də ciblərində olan 3 xalı könül xoşluğu ilə kənara atdılar.

XANOĞLAN İMANOV

Chosen
14
sportinfo.az

1Sources