Noyabrın 15-də Səbail rayonu Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Daewo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Faktla bağlı cinayət işi başlanılıb.