EN

Qocalar evində YANĞIN: 10 nəfər öldü

İspaniyanın şimal-şərqində Saraqosa şəhəri yaxınlığındakı Villafranca de Ebroda bələdiyyəsində qocalar evində baş verən yanğın azı on nəfərin ölümünə səbəb olub.

OXU24.COM  xəbər verir ki, yanğın nəticəsində xəsarət alan daha iki nəfərin vəziyyəti ağırdır.

Hadisə yerli vaxtla saat beş radələrində binadakı otaqların birində başlayıb. Yanğın zamanı binada 82 sakin və mərkəzin bir neçə işçisi olub. Hazırda hadisə yerində yanğınsöndürənlər, polislər, həkimlər və psixoloqlar işləyir.

Məlumata görə, 2008-ci ildə açılan qocalar evi sonradan psixoloji problemləri olan insanlara yarım mərkəzi kimi də fəaliyyət göstərməyə başlayıb.

Chosen
5
10
oxu24.com

10Sources