EN

Etilen-polietilen zavodunda təbii qaza əhəmiyyətli qənaət edilməsinə nail olunur

Bakı. Trend:

Azərbaycanda enerji səmərəliliyini və davamlılığını inkişafetdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(SOCAR) və Almaniyanın “Uniper” şirkəti tərəfindən 2016-cı ildətəsis edilən “SOCAR-Uniper” birgə müəssisəsi ötən müddətdə mühümnailiyyətlər əldə edib.

Trend xəbər verir ki, bubarədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, SOCAR-ınSumqayıtdakı Etilen-polietilen zavodunda Buxar GeneratorKompleksinin modernləşdirilməsi sahəsində əməkdaşlıq məqsədiləyaradılan birgə müəssisə “Uniper” şirkətinin qabaqcıl enerjihəllərindən istifadə etməklə təbii qaza əhəmiyyətli qənaətedilməsinə və emissiyaların azaldılmasına nail olur.

Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Buxar GeneratorKompleksinin enerji istehsalı gücü 8-10 MVt-dan 65 MVt-açatdırılıb, illik 3,1 milyon kubmetr təbii qaza qənaət olunması,illik 6,6 ton karbon qazı (CO2) və 7,8 ton NOx emissiyalarının, həril atmosferə buraxılan 160.000 ton buxarın azaldılması təminedilib. Həmçinin buxar qazanının gücü 450 ton/saata yüksələrəklayihə gücü 93 faizə çatdırılıb, 68 faiz ümumi enerjisəmərəliliyinə nail olunub.

Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsiistiqamətində atılmış önəmli addımlardan olan bu əməkdaşlıq hər ikişirkətin ekoloji məsuliyyətə və resursların optimallaşdırılmasınasadiqliyini əks etdirir.

Chosen
20
6
az.trend.az

7Sources