EN

Ermənistan bütün KTMT formatlarından uzaqlaşıb - Rusiya XİN

Ermənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin bütün iş formatlarından uzaqlaşdığını göstərir.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın KTMT-nin noyabrın 28-də keçiriləcək sammitində iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.

Pankinə Ermənistanın qarşıdakı KTMT tədbirlərində, o cümlədən liderlərin görüşündə iştirak etmək şansının olub-olmaması ilə bağlı sual verilib.
“Sualınızı erməni tərəfinə ünvanlayın. Lakin erməni tərəfinin bəyanatlarına əsasən, indiki mərhələdə o, KTMT-nin müxtəlif səviyyələrdə tamamilə bütün formatlarda fəaliyyətində iştirakdan uzaqlaşır”, - deyə Pankin cavab verib.

Chosen
40
ucnoqta.az

1Sources