Avropa Liqasının əsas mərhələsində təmsilçimiz "Qarabağ"ın rəqibi olan Fransanın Liqa 1-də mübarizə aparan "Lion" komandası elitanı tərk edə bilər.
Axar.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat verib.
Belə ki, hazırda maddi sıxıntılar yaşayan kluba transfer qadağası qoyulub. Üstəlik mövsümün sonuna kimi borclarını ödəyə bilməsə, elitanı tərk edəcək.
Qeyd edək ki, "Lion" UEFA Avropa Liqasının Liqa mərhələsində noyabrın 28-də Bakıda "Qarabağ"la qarşılaşacaq.