EN

Qrossi İranın nüvə obyektlərinə baş çəkdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinə baş çəkib.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, o, Nətənz və Tehrandan 100 km cənubdakı Fordo uran zənginləşdirmə qurğusuna baş çəkib.

Qeyd edək ki, İranla MAQATE arasında münasibətlər Tehranın agentliyinin ekspertlərinin ölkəyə girişinə qadağa qoyması və İranın elan olunmamış ərazilərdə tapılan uran izlərini izah etməməsi də daxil olmaqla, bir sıra məsələlərə görə pisləşib.

Qrossi noyabrın 14-də İranın Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və Atom Enerjisi Təşkilatının (AEOI) sədri Məhəmməd Eslami ilə danışıqlar aparıb. Pezeşkian MAQATE-nin baş direktoru ilə görüşdə nüvə silahı yaratmaq planlarının olmadığını açıqlayıb. Qrossi isə bildirib ki, İranla nüvə razılaşması mümkündür, lakin bu, hərtərəfli nəzərdən keçirilməlidir.

Chosen
36
publika.az

1Sources