Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Məhmədtohir Zokirzoda noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Publika.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.