EN

Nazir: "Enerji istehlakını azaltmaq üçün data mərkəzləri optimallaşdırılmalıdır"

Enerji istehlakının azaldılması üçün data mərkəzləri optimallaşdırılmalıdır...

Poliqon xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

O qeyd edib ki, rəqəmsal texnologiyalar 2030-cü il gündəliyinə, dayanıqlı inkişaf hədəflərinə çatmaqda böyük rol oynayır: "Texnologiyalar, süni intellekt iqlimə uyğunlaşmada böyük potensiala malikdirlər. Süni intellekt 4 %-ə qədər qlobal emissiyalara töhfə verə bilər. Bu, dünyada elektrik enerjisi istehlakına da böyük təsir göstərir. Bundan əlavə, biz daha müsbət nəticələr əldə etmək üçün ekologiya dostu olan xüsusi texnologiyalardan istifadə etməliyik. Bunun üçün təşəbbüsləri və fəaliyyəti birləşdirmək, planlar hazırlamaq lazımdır. Bütün bunlar dövlət qurumlarının səmərəli fəaliyyətinə də imkan yaradacaq. Tam rəqəmsal hökumət sisteminin yaradılması prosesi artıq başlayıb və buna dair hədəflər qoyulub".

Poliqon.info

Chosen
26
50
poliqon.info

10Sources