EN

İqtisadi cəhətdən dayanıqlı gələcəyə keçid ən aktual çağırışlardan biridir - Vüqar Kərimov

Bakı. Trend:

Bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyəkeçid ən aktual çağırışlardan biridir, eyni zamanda, bir cəmiyyətolaraq qarşımızda duran böyük məsuliyyətdir.

Trend xəbər verir ki, bubarədə COP29 çərçivəsində “Azərbaycanın ekoloji fəaliyyətininüçüncü icmalı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanıekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovdeyib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyətin etibarlı vəməsuliyyətli üzvü kimi dövlətimiz ətraf mühitlə bağlı qlobalməsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlərgörür:

“Ətraf mühit sahəsində qlobal ekoloji problemlərin həllində fəaliştirak edən Azərbaycan 20-dən çox ekoloji konvensiyalara vəsazişlərə qoşulub.

Ətraf mühitin mühafizəsi sahəsində əsas missiya insanlarınekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədiləekosistemlərin qorunması, ətraf mühitə zərərli təsirlərin minimumaendirilməsi, təbii sərvətlərdən səmərəli istifadə olunması ilədavamlı inkişafın təmin edilməsindən ibarətdir”.

Nazir müavini qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasıistiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş regioniqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı mühüm qərarlar iqlimdəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaradır.

“Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa vəyenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həminərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalartətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasınıntərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin “yaşılenerji” zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinənail olunması istiqamətində siyasət həyata keçirilir.

Son onilliklərdə iqlim dəyişmələrinin təsirindən təbiifəlakətlər və ekstremal hadisələr daha tez-tez baş verir. Təhlükəlihidrometeoroloji hadisələrə hazırlığı gücləndirilmək, proqnoz vəerkən xəbərdarlıq sistemini təkmilləşdirilmək məqsədilə dövlətinvestisiyası çərçivəsində hidrometeoroloji müşahidə şəbəkəsininmodernləşdirilməsi işləri uğurla davam etdirilir”, - deyə obildirib.

V.Kərimov həmçinin əlavə edib ki, 2027-ci ilə qədər ölkəninümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücüpayının 33%-ə çatdırılması nəzərdə tutulub. Hazırda bu göstərici 17faizdir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
39
az.trend.az

1Sources