EN

Abxaziyada gərginlik arta bilər

Abxaziya prezidenti Aslan Bjaniya investisiya layihələri üzrə Rusiya-Abxaz sazişinin ratifikasiyası haqqında qanun layihəsini parlamentindən geri götürməyib.

Publika.az xəbər verir ki, bu barədə Abxaziya prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident “Abxaziya Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında Rusiya hüquqi şəxslərinin Abxaziya ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair sazişin təsdiq edilməsi haqqında” qanun layihəsinin geri götürülməsi ilə bağlı sənədi imzalamayıb”, - deyə bildirilir.

Qeyd olunur ki, Bjaniya bu gün səhər saatlarında Tamış kəndinin sakinləri ilə görüşməyə hazırlaşır. O, doğma kəndində respublikadakı vəziyyəti müzakirə edəcək.

Chosen
21
1
publika.az

2Sources