Rusiyanın İrkutsk vilayətində 5.3 bal gücündə zəlzələ qeydə alınıb. Metbuat.az xəbər verir ki, bu barədə İrkutsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.Yeraltı təkanlar Slyudyanka rayonu ərazisində, Buryatiya Respublikasının Vıdrino yaşayış məntəqəsindən 32 km məsafədə baş verib. Baykalsk, İrkutsk, Slyudyanka və Şelexov şəhərlərində zəlzələ 2-3 bal gücündə hiss olunub.