Abxaziyanın lideri Aslan Bjaniya istefa verməkdən imtina edib. Musavat.com-un məlumatına görə, Bjaniya bildirib ki, o və “vitse-prezident” yerindədir, fəaliyyətlərini davam etdirəcəklər. A.Bjaniya həmçinin Abxaziya sakinlərini “təxribatlara uymamağa” çağırıb. Səhər saatlarında müxalifətin çağırışı ilə insanlar parlamentin yaxınlığında toplaşmağa başlayıb. Ali qanunverici orqan Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Lakin deputatların qərarı ilə iclas ləğv edilib. Onlar Bjaniyanın istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər.
Almaniya Nazirlər Kabineti Kansler Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında bu gün baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb. Şolts Rusiyanı ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün Ukrayna ilə danışıqlara çağırıb. Şolts Putinə deyib ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır. Almaniya Kansleri ölkəsinin lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
TVMusavat-ın bu gün saat 12:10-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla söhbətləşir.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat