EN

Əliyar Ağayev növbəti təyinatını alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.

Ölkə.az xəbər verir ki, referi UEFA Millətlər Liqasının VI turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaq.

Qeyd edək ki, noyabrın 19-da Zenitsa şəhərində yerləşən “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Chosen
20
43
olke.az

10Sources