EN

Abxaziya "prezidenti" etirazlara görə paytaxtdan qaçdı

Abxaziya "prezidenti" Aslan Bjaniya respublikanın paytaxtını tərk edib. 

Modern.az xəbər verir ki, məlumatı TASS-a respublika başçısının mətbuat xidməti təsdiqləyib.

"Hazırda Aslan Bjaniya doğulduğu Tamış kəndindədir", - mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, dünən Abxaziyanın paytaxtı Suxumda insanlar parlament və prezident iqamətgahı yaxınlığında Rusiya ilə investisiya sazişinin bağlanmasına etiraz olaraq aksiya keçiriblər. Etirazçılar əvvəlcə parlament binasının qapılarını sındıraraq basqın ediblər, daha sonra prezident sarayının qarşısını kəsərək yenidən qapıları sındırıblar. 

Parlamentin yaxınlığında atəş açılıb. Aksiya zamanı 8 nəfər yaralanıb.

"Cebheinfo.az"

Chosen
14
3
cebheinfo.az

10Sources