“Azərbaycanda yeni texnologiyaların tətbiqi yüksək səviyyədədir. Hazırda mən bunu əyani şəkildə görürəm”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu sözləri Nazirliyin0200000 həmtəşkilatçılığı ilə keçirilmiş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada iştirak edən “Fujitsu” şirkətinin korporativ icraçı direktoru Takashi Yamanishi deyib.
O əlavə edib ki, Azərbaycanda hökumətin rəqəmsallaşması digər ölkələrlə müqayisədə daha yaxşıdır.