EN

COP29-da Parlament Görüşü çərçivəsində iqlim dəyişikliyi qarşısında davamlılığın artırılması üzrə sessiya başlayıb (FOTO)

Bakı. Trend:

Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaqın vəAzərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyiParlament Görüşündə "İqlim dəyişikliyi qarşısında davamlılığınartırılması: uyğunlaşmanın genişləndirilməsi və yerli imkanlarıngücləndirilməsi” mövzusunda sessiyası işə başlayıb.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarasıİttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədriSahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirakedirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Xəbər yenilənəcək

COP29-da
COP29-da
COP29-da
COP29-da
Chosen
27
4
az.trend.az

10Sources