COP29-da iştirak üçün Bakıya səfər edən Norveçin Beynəlxalq İnkişaf Naziri Anne Beathe Tvinnereim hazırda polis nəzarətində olan, ev məhbusluğu həyatı yaşayan siyasi məhbus, London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlu ilə görüşüb. Norveç höküməti adından görüşə gəldiyini bildirən xanım nazir Qubad İbadoğluya qarşı tətbiq olunan məhdudiyyətlər, onun sağlamlıq durumu və ona qarşı irəli sürülən ittihamları üzrə istintaqın gedişi ilə maraqlanıb.
Xanım nazir Anne Beathe Tvinnereim görüşdən sonra “X” şəbəkəsində yazıb ki, “doktor Qubad İbadoğlu ilə görüşə görə minnətdaram. Onun və həbsdə olan digər fəalların sağlamlığı və vəziyyəti ilə bağlı dərin narahatlığımı bildirirəm. Qanuni vətəndaş fəaliyyətinə görə həbslər əsas hüquqların pozulmasıdır. Adekvat tibbi yardım humanitar öhdəlik sayılır.”
Norveçin Beynəlxalq İnkişaf Naziri Anne Beathe Tvinnereim Qubad İbadoğlunun sağlamlığı və ona tətbiq edilən məhdudiyyətlər və siyasi məhbusların vəziyyəti ilə bağlı narahatlığını Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşü zamanı da səsləndirib. Ceyhun Bayramov bildirib ki, insan huquqlari ilə bagli tənqidlər sadəcə məlumat azligindan qaynaqlanir.