ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin energetika naziri vəzifəsinə “Liberty Energy” neft şirkətinin rəhbəri Kris Raytın namizədliyini irəli sürəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yeni seçilmiş prezidentin keçid komandasının yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Kris Rayt enerji sənayesində aparıcı texnoloq və sahibkardır. O, nüvə, günəş, geotermal və neft-qaz enerjisi sənayesində çalışıb.
Bəyanatda vurğulanıb ki, Rayt Trampın bazar ertəsi qurulduğunu elan etdiyi Milli Enerji Şurasında da təmsil olunacaq.