Bildirilib ki, 16 noyabrda yaşıl rəqəmsal fəaliyyətlər, iqlim dəyişikliklərini təhlil etməkdə kosmik agentliklərin rolu, təbii fəlakətlərin mənfi nəticələrini azaltmaq yolları müzakirə olunub.
Qeyd edilib ki, müzakirələrdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın bu sahədəki təcrübəsinin iqlim dəyişikliyinə necə töhfə verdiyinə diqqət çəkib.
"Bizim "Elektron Hökumət" platformamız ictimai xidmətləri modernləşdirib. Kağız istifadəsini azaltmaq üçün elektron sənəd dövriyyəmiz təkcə hər il minlərlə ağacın kəsilməsinin qarşısını almır, eyni zamanda bir milyon səhifəlik sənədə olan ehtiyacı da ortadan qaldırır", - deyə nazir vurğulayıb.
Ən maraqlı müzakirələrdən biri də futbolun iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəklə bağlı olub.
Avropa Klublar Assosiasiyalarının direktoru Çarli Marşal bildirib ki, futbol klubları Bakıda iqlim naminə Bəyanat qəbul edib:
"Biz üzvləri futbol klubları olan Assosiasiyanı təmsil edirik. Futbolu hamımız tanıyırıq, dünyanın ən məşhur idmanıdır və dünya miqyasında milyardlarla azarkeşi birləşdirir. Hər kəsin futbola bir cür sevgisi var. İnanırıq ki, bu sevgini yaxşı dəyişikliklər etmək üçün bir gücə çevirə biləcəyik. Bu səbəbdən COP tədbirindəyik".
Ətraflı süjetdə:
10Sources
-
demokrat.azCOP29: Kosmosdan əldə edilən məlumatlarla iqlim necə qorunacaq? — VİDEO ( 13101196)
-
oxu.azCOP29: Kosmosdan əldə edilən məlumatlarla iqlim necə qorunacaq? ( 13098991)
-
oxu.azCOP29 çərçivəsində Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib ( 13083256)
-
oxu.azBakıda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Bəyannamə qəbul edildi ( 13077004)
-
oxu.azYaşıl Zonada "Sabahın liderləri: COP29-da gənclərin rəsmi dialoqu" tədbiri baş tutub ( 13074556)
-
oxu.azƏcnəbi iştirakçıların COP29-la bağlı təəssüratları: Ən önəmli ekoloji məsələlər diqqət mərkəzində ( 13068649)
-
editor.azAzərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR ( 13054531)
-
oxu.azİllərlə müzakirəsi aparılan önəmli məsələ COP29-da həllini tapdı ( 13033423)
-
oxu.azCOP29-un ən gənc iştirakçısı: "Məqsədim uşaqların səsini bütün dünyaya çatdırmaqdır" ( 13030324)
-
oxu.azYalçın Rəfiyev: "Azərbaycan konstruktiv müzakirələrdə iştirak etmək istəyənlərə qapılarını açıb" ( 13016899)