ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin energetika naziri vəzifəsinə “Liberty Energy” neft şirkətinin rəhbəri Kris Raytın namizədliyini irəli sürəcək.
Bu barədə yeni seçilmiş prezidentin keçid komandasının yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Kris Rayt enerji sənayesində aparıcı texnoloq və sahibkardır. O, nüvə, günəş, geotermal və neft-qaz enerjisi sənayesində çalışıb.
Bəyanatda vurğulanıb ki, Rayt Trampın bazar ertəsi qurulduğunu elan etdiyi Milli Enerji Şurasında da təmsil olunacaq.
"Cebheinfo.az"