EN

Milli Dirçəliş Günü Azərbaycan xalqının müstəqil dövlət olma yolunda apardığı tarixi mübarizənin simvoludur



Milli Dirçəliş Günü Azərbaycan xalqının müstəqil dövlət olma yolunda apardığı tarixi mübarizənin simvoludur.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Günay Ağamalı Milli Dirçəliş Günü ilə bağlı təbrik mesajında qeyd edib. Millət vəkili bildirib ki, Milli Dirçəliş Günün mənəvi əsasları ötən əsrin 60-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlanıb:

"Ümummilli lider Heydər Əliyevin Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq xalqımızın milli şüurunun inkişafında müstəsna xidmətləri olmuşdur. Məhz onun təşəbbüsi ilə müxtəlif ölkələrdə təhsil alan elm adamları, ziyalılar sonrakı dövrdə azadlıq hərəkatının öncül simaları olmuşlar.

Azərbaycan xalqı sərt və davamlı repressiyalara boyun əyməyərək hüquq və azadlıqlarını, dilini, adət-ənənələrini və mədəni irsini yaşatmaq üçün daim mübarizə aparmışdır".

Günay Ağamalı, "Milli Dirçəliş Günü müstəqilliyin əhəmiyyətini dərk etmək və gələcək nəsillərə bu dəyəri çatdırmaq baxımından mühüm bir tarixi andır.

Əziz soydaşlarım, Milli Dirçəliş Günümüz mübarək!",-deyə vurğulayıb.

Süleyman
Chosen
28
1
newscenter.az

2Sources