Aralıq dənizində baş verən 4 bal gücündə zəlzələdən dərhal sonra Kahramanmaraşda (Türkiyə) yeraltı təkanlar baş verib.
Ardıcıl iki zəlzələ ilə rayon əhalisi böyük təşviş yaşayıb.
Qeyd edək ki, Kahramanmaraş fevralın 6-da baş verən dəhşətli zəlzələlərin episentri olub.
Odur ki, bu dəfə də bəzi vətəndaşlar təşvişə düşərək özlərini küçələrə atıblar. Məlumata görə, bugünkü zəlzələlər nəticəsində dağıntı və tələfat olmayıb.