"Hizbullah"ın informasiya xidmətinin rəhbəri Məhəmməd Afif öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.
Məlumata görə, o, İsrailin Beyrutun mərkəzindəki Ras-ən-Nəba bölgəsinə ən azı iki raket zərbəsi endirməsi nəticəsində ölüb.
Afif həmin vaxt suriyayönlü Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olubmuş.