EN

Onlar millidən çıxarıldı

Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Cəzalı Elvin Cəfərquliyev, zədəli Rahil Məmmədovla yanaşı yarımmüdafiəçi Mustafa Əhmədzadə də UEFA Millətlər Liqasının VI turunda səfərdə İsveçlə matçda iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçin qonağı olacaq. Noyabrın 19-da, \"Strouberri Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Chosen
15
5
azxeber.com

10Sources