“Biz COP29-un ədalətli və bərabər iqlim fəaliyyətini təşviq etməkdə qətiyyətli olmasını arzu edirik. İqlim dəyişikliyi ilə mübarizə yolunda irəlilədikcə cəmiyyətdəki bütün insanların və icmaların maraqlarını təmin etmək üçün birlikdə çalışmaq lazımdır. COP29-dan əldə olunan qərarları bütün dünyaya verilən güclü mesaj kimi görmək istəyirəm. İqlim fəaliyyəti üçün inkişaf etmiş icmalar dünyanın həssas icmalarının ehtiyacı olduğu maliyyəni artırmalıdır. Bu mübarizədə həmrəylik nümayişi çox önəmlidir. COP-un da şüarı məhz yaşıl dünya ilə həmrəylikdir”, - deyə o, əlavə edib.