EN

Ərdoğan Brazilyaya səfər etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün Braziliyaya gedib. Turkustan.az xəbər verir ki, dünyanın ən inkişaf etmiş 19 ölkəsi, Avropa və Afrika birliyinin liderləri G20 üçün bir araya gəlir. G20 ölkələri dünya iqtisadiyyatının 85 faizini və dünya əhalisinin üçdə ikisini əhatə edir. Builki sammitin əsas mövzusu “Ədalətli dünya və dayanıqlı planet qurmaq”dır. Latın Amerikasının ən böyük və ən sıx əhalisi olan Braziliya builki G20 Sammitinə ev sahibliyi edir. Prezident Ərdoğan 18-19 noyabr tarixlərində Müasir İncəsənət Muzeyində keçiriləcək zirvə toplantılarına qatılacaq. Prezident Ərdoğanı Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər əlaqədar şəxslər yola salıblar. Bildirək ki, səfərə Ərdoğan və xanımı ilə bərabər bir sıra məmurlar da yollanıb.

Chosen
16
6
turkustan.az

10Sources