EN

Onlar da Rusiyaya zərbə endirməyə icazə verdi

ABŞ-dən sonra Fransa və Böyük Britaniya da SCALP/ “Storm Shadow” uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumat hələlik Fransa və Böyük Britaniya rəsmiləri tərəfindən təsdiq olunmayıb.

Qeyd edək ki, “Storm Shadow” Britaniya-Fransa-İtaliya birgə müəssisəsi olan MBDA tərəfindən istehsal edilən qanadlı raketdir. SCALP kimi də tanınır.  “Storm Shadow” qanadlı raketləri 290 kilometrdəki hədəfləri dəqiq atəşlə məhv edə bilir. O, hədəfinə ərazinin kartoqrafik oriyentiri və ya GPS vasitəsi ilə yönəldilir. Bu raketin uçuş məsafəsi ABŞ-nin ATACMS raketlərindən də uzundur. Raketin çəkisi təxminən 1300 kiloqramdır.

Chosen
27
qafqazinfo.az

1Sources