EN

Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır - Nazir

AzÉ™rbaycanın ikiillik Şəffaflıq Hesabatı (BTR) bu hÉ™ftÉ™ tÉ™qdim olunmaÄŸa hazırdır. “Ambisiyaların artırılması Milli MüəyyÉ™n edilmiÅŸ töhfÉ™lÉ™r, Milli UyÄŸunlaÅŸma Planları vÉ™ Ä°kiillik Şəffaflıq Hesabatı (BTR) vasitÉ™silÉ™ 1,5 dÉ™rÉ™cÉ™ hÉ™dÉ™fini qorumaq üçün aydın planların hazırlanmasını tÉ™lÉ™b edir.

Modern.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi zonada keçirilən Yaponiya, Cənubi Afrika Respublikası, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası, Qazaxıstan Respublikasının nazirlərinin iştirakı ilə "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.

"Qlobal iqlim şəffaflığının bu dəyirmi masada müxtəlif ölkələrin nazirlərinin iştirakı ilə müzakirəsi inanıram ki, daha effektiv addımlar atmağa imkan verəcək.

COP29-u bu addımları atmağa bir fürsət kimi dəyərləndirməyə çağırıram. Bu dəyirmi masada qəbul olunacaq Bakı Bəyannaməsi qlobal iqlim şəffaflığı və qlobal iqlim dəyişikliyi məsələlərində daha səmərəli addımlar atmağa təşviq edəcək", - deyə M.Babayev əlavə edib.

Chosen
19
8
modern.az

9Sources