Noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Papa Birinci Fransisk ilə görüşmək üçün Vatikana səfər edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Sürpriz səfərin işgüzar xarakter daşıdığı bildirilir. Səfər çərçivəsində Paşinyan Papa Fransisklə bir sıra məsələləri müzakirə edəcək.