EN

Nazir müavini: "İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü çoxşaxəli yanaşma tələb edir"

İqlim Dayanıqlığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü qlobal səviyyədə çoxşaxəli yanaşma tələb edir.

"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.

"Bu təşəbbüs insan yönümlü iqlim fəaliyyətinə olan öhdəliyimizin təbii ifadəsidir, sektorlar arasında qlobal əməkdaşlığı gücləndirəcək, investisiyaları səfərbər edəcək və insan inkişafının iqlim strategiyamızın əsas sütunu olmasını təmin edəcək çoxşaxəli və hərtərəfli yanaşma tələb edir. Bakı Təşəbbüsünün əsasında insan inkişafı və iqlim fəaliyyətinin ayrı-ayrı məqsədlər deyil, qarşılıqlı güclənən məqsədlər olduğu inamı durur. Bu, "yaşıl iş" imkanlarında gender fərqinin aradan qaldırılmasına, qadınların formalaşmaqda olan "yaşıl iqtisadiyyat"da iştirakının dəstəklənməsinə diqqət yetirməklə hamı üçün təhsil və bacarıq təliminə bərabər çıxış təmin edilməsi kimi məsələləri əhatə edir. Təşəbbüs təhsil, iş yerləri və bacarıqların sadəcə dəstək sistemləri deyil, həm iqlim dəyişikliyinin azaldılması, həm də onun qaçılmaz təsirinə uyğunlaşmada iqlim fəaliyyətinin fundamental hərəkətverici qüvvələri olduğu ideyası ətrafında qurulub" - o vurğulayıb.

Chosen
20
1
report.az

4Sources