EN

Ermənistanda bir neçə nazir istefa verib – KİV


Ermənistanın daxili işlər naziri Vahe Qazaryan, Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan və İstintaq Komitəsinin rəhbəri Argişti Karamyan istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “24News.am” portalı məlumat yayıb.
Məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə naziri təcili iclasa çağırıb. Bundan sonra onlar tutduqları vəzifələrdən istefa ərizələri yazıblar.
Digər tərəfdən, Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan da istefa verdiyi bildirilir.
Səs-küylü istefaların hələ ki, rəsmi təsdiqi yoxdur. Baş nazirin qərarının tezliklə veriləcəyi gözlənilir.
Chosen
5
35
yeniavaz.com

10Sources