EN

Naxçıvanda deputatların maaşı artırıldı

Naxçıvan Ali Məclisinin deputatlarının nə qədər maaş alacağı məlum olub.

Avtosfer.az Nuhçıxan-a istinadən xəbər verir ki, yeni çağırış deputatlarının aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək.

Belə ki, əvvəllər Ali Məclisin deputatları qərarla müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılar.

Yeni qaydalara əsasən, Naxçıvan deputatlarının maaşının məbləği "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qanunda qeyd olunacaq.

Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3 330 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Ali Məclis sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 95 faizini (3 163 manat), sədrin müavini 90 faizini (2 997), komitə sədri 65 faizini (2 164 manat), komitə sədrinin müavini 60 faizi (1 998 manat), sıravi deputat isə 50 faizi (1 665 manat) miqdarında aylıq vəzifə maaşı alacaq.

Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1.5 misli həcmində vəzifə maaşına əlavə alırlar.

Həmçinin Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət veriləcək.

Chosen
7
49
avtosfer.az

10Sources