Bakı. Trend:
Gələn ilin dövlət büdcəsində xalqımızın rifahınınyaxşılaşdırılması ənənəvi olaraq prioritet təşkil edir.
Trend-in məlumatına görə, bunu maliyyə naziri SamirŞərifov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci ildövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamandeyib.
Nazir bildirib ki, sosialyönümlü xərclər 2025-ci il dövlətbüdcəsində də əsas götürülüb.
“Prezidentin müvafiq tapşırığının icrası olaraq əməkhaqqı,pensiya, sosial müavinətlər xərcləri üçün 2025-ci ilin dövlətbüdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Yaşayışminimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılmasınəzərdə tutulub. Sosial təminat və sosial müdafiə xərclərinə2024-cü illə müqayisədə 9,6 % artıq vəsait ayrılacaq”, - deyə nazirəlavə edib.