EN

Ermənistanın DİN rəhbəri istefa verib

Bakı. Trend:

Ermənistanın daxili işlər naziri Vahe Kazaryan istefa verib.

TrendErmənistan KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Ali MəhkəməŞurasının sədri Karen Andreasyan, Korrupsiyaya qarşı MübarizəKomitəsinin rəhbəri Sasun Xaçatryan və İstintaq Komitəsinin sədriArqişti Karamyan istefa veriblər.

Qeyd edilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz sosialşəbəkə hesablarında məlumatı təsdiqləyib və istefaların məhz onuntəşəbbüsü ilə baş verdiyini bildirib.

Onun sözlərinə görə, bu qərar şəxsi motivlərdən deyil, sistemproblemlərindən qaynaqlanıb, lakin vəzifəsindən gedən məmurlarınadlarını açıqlamayıb.

Chosen
16
az.trend.az

1Sources