EN

Rusiya regionunda miqrantlara uşaq bağçalarında işləmək qadağan edilib

Novosibirsk vilayətində miqrantlara uşaq bağçalarında və taksilərdə işləmək qadağan edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Mash Siberia” Telegram kanalı məlumat yayıb.

Bundan başqa, 2025-ci il yanvarın 1-dən əcnəbi vətəndaşlara spirtli içki və siqaret satılan mağazalarda işləmək də qadağan ediləcək. Qanun qüvvəyə minməzdən əvvəl işəgötürənlər işçi qüvvəsini yeni tələblərə uyğunlaşdırmalıdırlar.

2024-cü ildə Rusiyanın bir sıra regionları miqrantların işinə məhdudiyyətlər qoyub. Əksər məhdudiyyətlər ölkədə patentlə işləyən əcnəbilərə şamil edilir - bunlara Özbəkistan və Tacikistan vətəndaşları daxildir.

Miqrantların işini məhdudlaşdıran sonuncu rayonlardan biri Həştərxan vilayəti olub, noyabrın ortalarında onlara taksi və sərnişin daşımalarının sürücüsü kimi işləmək qadağan edilib.

Bir sözlə, Rusiyanın çərkəzi şəhərlərində və federal subyektlərində ard-arda qəbul edilən qanunlara görə, bu ölkədə miqrantlar yalnız “qara işlər”də, inşaat və təmizlik sektorunda işləyə bilərlər.

Musavat.com

Chosen
8
musavat.com

1Sources