EN

Ermənistanda daha bir səs-küylü istefa

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da istefa məktubu yazıb.

Musavat.com bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti yerli mediaya məlumat verib.

Bundan əvvəl istefa məktubunu Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, daxili işlər naziri Vahe Kazaryan, İstintaq Komitəsinin sədri Argişti Kyaramyan, o cümlədən Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyanın da istefa ərizəsi yazdığı bildirilir.

Az öncə isə DİN rəhbəri istefa qərarını açıqlayıb.

Musavat.com

Chosen
1
35
musavat.com

10Sources